Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti həftənin bazar ertəsi sərəncam imzalayıb.
Digər sərəncamda deyilir ki, “Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Qabil oğlu Kərimova verilsin”.
Anar Kərimov bundan öncə, Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsində çalışırdı və Prezident bu vəzifə təyinatına görə onu geri çağırmasına dair sərəncam imzalayıb.
Prezident İlham Əliyev-in 2014-cü il sərəncamı ilə A.Kərimovu Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi təyin etmişdi.