“Mədəniyyət Nazirliyi yeni idarəçilik sisteminə keçir”.
Bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, nazirlik layihəyönümlü mərhələyə keçid edir: “Bunun məqsədi ilk növbədə idarəçiliyin təkmilləşdirilməsi və gücləndirilməsidir. İstəyirik ki, nazirliyin strategiyası və baxışının həyata keçirilməsi effektiv olsun”.
E.Əliyevin söyləyib ki, Mədəniyyət Nazirliyinin yeni strategiyası Azərbaycan cəmiyyətində dəyər carçısı olmaqdan ibarətdir: “İstəyirik ki, nazirlik və nazirliyin tabeliyindəki qurumlar Azərbaycanın tarixindən, ədəbi və bədii irsindən gələn dəyərləri yaşadaraq gələcək nəsillərə ötürsünlər. Bununla da azərbaycançılığın davamlılığını təmin etsinlər.
Məhz bu ümumi islahat çərçivəsində elan etdiyimiz yanaşmalardan ən vacibi layihə yanaşması idi. Həmin elanın bu gün həyata keçirilməsinin şahidiyik. Bununla bağlı bütün sənədlər hazırlanıb. Mədəniyyət Nazirliyi tarixində ilk dəfə belə bir yanaşmanın tətbiqinə başlanılıb. Artıq bütün fəaliyyətimizi layihə idarəçiliyi vasitəsi ilə həyata keçirəcəyik”.
Mədəniyyət nazirinin birinci müavini vurğulaylb ki, bu yanaşma eyni zamanda nazirlik çərçivəsində koordinasiyanı gücləndirir: “Yəni şöbələrin birbirilə əlaqələrini, məlumat paylaşımını genişləndirir. Digər tərəfdən bu, kadr potensialının gücləndirilməsi üçün vacib mərhələdir. Əməkdaşlar artıq layihə alətləri ilə işləyirlər və layihə meneceri kimi təkiminləşəcəklər. Bu da təbii ki strategiyamızın əsas məqsədlərindən olan insan kapitalı baxımından vacib addımdır”.