9 C
Baku
Friday, December 13, 2024

Mədəniyyət Nazirliyinin rus qonağa qanunsuz ödəniş etdiyi üzə çıxıb

Hesablama Palatası Mədəniyyət Nazirliyinin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etdiyini üzə çıxarıb.

Bu, Palatanın Nazirlikdə apardığı yoxlamalar nəticəsində məlum olub.

Belə ki, adı açıqlanmayan qonaq Bakıya Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar dəvət olunub. Xalq artisti Azərbaycan paytaxtında olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi 5 ay 15 gün ərzində onun bank hesabına 26,2 min manat, mənzilinin kirayəsinə görə isə icraçıya 7,2 min manat artıq vəsait ödənilib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər