Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində daha bir şəxs kollegiya üzvlüyündən çıxarılıb.
Banker.az Nazirliyin saytına istinadın xəbər verir ki, yeni müdafiə naziri təyin olunmuş general-polkovnik Mədət Quliyevin əmrinə əsasən şöbə müdri olan Rəmzi Əbil oğlu Şükürovun adı kollegiyanın siyahısından çıxarılıb. R.Şükürov Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdri idi.
Hazırda kollegiyanın üzvləri siyahısında vakant yerlərin sayı 4-ə çatıb. Bildirək ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi Nazirlər Kabinetinin 05 iyun 2007-ci il tarixli 90 nömrəli Qərarı ilə təsdiqlənib. Ümumi sayı isə sədr daxil olmaqla 11 nəfər olmalıdır.