7 C
Baku
Sunday, December 15, 2024

Mədinə Ömərova “PwC Azərbaycan”ın rəhbərliyinə təyinat alıb

“PwC Azərbaycan” yeni “Assurance” Direktoru təyin edib.

Mədinə Ömərova “PwC Azərbaycan” şirkətinin yeni “Assurance” Direktoru olub.

M. Ömərova son 12 ildə “PwC Azərbaycan” şirkətində çalışıb. O, Neft və Qaz, PSA və Beynəlxalq Maliyyə Hesabatı Standartları ilə bağlı ətraflı biliklərə malikdir. Maliyyə, energetika, telekommunikasiya və istehsal sahələrində audit və məsləhət layihələri ilə məşğul olmuşdur.

Fəxri Mustafayev isə “PwC Azərbaycan”da “Assurance Partner” vəzifəsinə təyin olunub.

F. Mustafayev 2004-cü ildə “PwC Azerbaycan”a qoşulub. Telekom sənayesi, Neft və Qaz, PSA və yerli mühasibat uçotu və vergi qaydaları, Beynəlxalq Maliyyə Hesabatı Standartları və ABŞ GAAP ilə bağlı ətraflı biliklərə çalikdir. O, enerji, pərakəndə satış, telekommunikasiya, donor maliyyələşdirdiyi layihələr və istehsalat daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin auditoriyalarında iştirak edir.

Son xəbərlər
Digər xəbərlər