Motivasiya— uğurun açarıdır. Əgər siz özünüzü motivasiya edə bilirsinizsə, siz gördüyünüz hər bir işdə müsbət nəticələr əldə edəcəksiniz. Amma ilham pərisi sizə bütün gün ərzində lazım olacaq. Onu qazanmağın bir neçə üsulunu sizə təqdim edirik:
1. Yuxudan tez qalxın
Əgər səhər tezdən harasa tələsmək məcburiyyəti yoxdursa və sizin ehtiyatınızda çoxlu vaxt olarsa, onda siz qarşıdakı günə həm fiziki, həm də mənəvi cəhətdən daha yaxşı hazırlaşa biləcəksiniz. Siz özünüzü daha sakit və güvəndə hiss edəcəksiniz. Əgər qaçmalı yeriniz varsa, onda sadəcə saatı 10 dəqiqə öncəyə qurun və bu dəqiqələri özünüzə həsr edin. Günü necə başlamağınız, bütün günün necə keçecəyinə də öz təsirini göstərəcək. Yəni günü necə başlarsan, elə də yola salarsan.
2. Günün sitatını seçin
Səhər tezdən sizə ilham verən bir sitat seçin və gün ərzində onu beyninizdə saxlayın. Sizə əlavə motivasiya lazım olan kimi onu xatırlayın. Beləliklə sizi çətin məqamlarda ruhdan düşməyə qoymayan, sizi gümrah və ürəkli edəcək bir qüvvə yaranacaq, o, sizi neqativ fikirlərdən uzaq tutacaq.
3. Müsbət cəhətlər axtarın
Motivasiyanın itkisinin əsas səbəbi – ətrafda baş verən hadisələrə neqativ münasibətdir. Hər dəfə beyninizdə neqativ fikir əmələ gəldikdə, siz öz enerjinizin bir hissəsini itirirsiniz. Əgər onlar daima sizin beyninizdə yaşayırsa, siz özünüzü tükənmiş, əldən düşmüş hiss edir və gün ərzində narahat, gərgin olursunuz. Sizinlə baş verən bütün hadisələrdə müsbət cəhətlər, faydalı tərəflər axtarın. Hətta sizə uğursuzluq üz veribsə belə, əldə etmiş olduğunuz dəyərli təcrübə haqqında düşünün.
4. Digərlərinə kömək edin
Digərlərinə edilən kömək həmişə insanın özümü motivasiya edir. Siz bu zaman öz şəxsi problemlərinizdən yayınır, fikrinizi dağıdırsınız. Bu o demək deyil ki, siz öz problemlərinizdən qaçırsınız, sadəcə indi onlar sizə daha az əhəmiyyətli təsir bağışlayır və o qədər də qorxulu görünmür. Bundan əlavə insanların minnətdarlığı və xeyirxah iş gördüyünü dərk etmək sizə bir yığın müsbət emosiya yaşadacaq. Öz həyatınızı yaxşılaşdırmaq üçün, digərlərinin həyatını daha yaxşı edin.
5. Qalib olun
Qələbə ya məğlubiyyət – bu ilk növbədə sizin seçiminizdir. Əgər özünüz istəməsəniz, heç nə sizi məğlub olmağa məcbur edə bilməz. Onda, niyə də qalib olmayasınız ki? Əgər siz özünüzü məhz buna kökləsəniz, onda gün ərzində güclü, cəsur və fərasətli olmaq ruhunda olacaqsınız. Siz problemlərə sizi məğlub etmək imkanı verməyəcəksiniz.