15 C
Baku
Tuesday, April 30, 2024

Məhəmməd – Milan biznesmenləri arasında ən məşhur addır

Milan ticarət palatasının apardığı araşdırmaya görə Milanda kiçik biznes sahibləri arasında ən populyar ad Məhəmməd adıdır. Araşdırma müəllifləri müəyyən etmişlər ki, 1595 şirkətin rəhbərinin adı Məhəmməddir. Cəmi 1383 şirkət rəhbəri isə İtaliyada ən məşhur ad olan Cüzeppe adını daşıyır.

Populyarlığına görə üçüncü ən məşhur ad Marko adı olub: bu adda 1131 müəssisə rəhbəri qeydiyyatdan keçib. İlk beşliyə həmçinin Mariya (1095) və Əhməd (615) adları da daxil olub.

Agence France-Presse-in yazdığına əsasən İtaliyanın biznes paytaxtı hesab olunan Milan şəhərində 34 min xarici şirkət qeydiyyatdan keçib. Bu şirkətlər ümumilikdə Milan müəssisələrinin 12 faizini təşkil edir.

Xarici şirkətlər əsas olaraq restoran biznesi də daxil olmaqla xidmət, sənaye istehsalı, ticarət və tikinti sahələrində fəaliyyət göstərir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər