Mayın 24-də hüquqşünas Əkrəm Həsənov və ləğv edilmiş “Bank Standard”ın bir qrup əmanətçisinin iddiası üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə iddiaçıların şikayətinin təminini mümkünsüz sayıb. Əkrəm Həsənovun hərəkətlərində cinayət əlamətlərinin aşkar olunması ilə bağlı xüsusi qərardad qəbul edilib.
Qeyd edək ki, bu ilin mart ayında Ə.Həsənov ləğv edilmiş “Bank Standard”ın bir qrup əmanətçisilə birgə Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı və bir qrup vəzifəli şəxsi məhkəməyə verib.
82 əmanətçi bankın müflisləşməsində təqsirli olan şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb. İddiada təqsirkarlardan vurulan zərərin əvəzi – 47,5 mln. dollardan (81 mln. manat ) çox məbləğin ödənilməsi tələb olunub.
Ə.Həsənov həmin vaxt Azərbaycan məhkəmələri iddiaları təmin etmədiyi təqdirdə əmanətçilərin Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini açıqlamışdı.