11 C
Baku
Sunday, November 17, 2024

Məhkəmə “AST” Telmanı cərimələdi

Bu gün Moskvanın arbitraj məhkəməsi Çerkizov bazarının keçmiş sahibi, eyni zamanda, ASTşirkətlər qrupunun rəhbəri Telman İsmayılov barəsində qərar qəbul edib.
ANS PRESS-in məlumatına görə, “Moskva bankının” iddiası üzrə məhkəmə biznesmendən 213 milyon dollar məbləğində pul tələb edir.

İddia Moskva arbitraj məhkəməsinə 14 iyulda daxil olub. Üçüncü tərəf kimi dinləməyə Britaniyanın Virciniya adalarında qeydiyyatda olan “Ruslan 2000” MMC kompaniyası da cəlb edilib. Bu firmanın fəaliyyətinin əsas növü daşınmaz əmlakın idarə olunmasıdır.

2012-ci ilin fevral ayından 2014-cü ilə kimi “Moskva bankı” “Ruslayn 2000” MMC və Holland Tropicano Finance B.V. şirkətinə ümumi məbləği 230 milyondan dollardan çox olan üç kredit verib. Bankın iddiasına əsasən, hər iki şirkət AST ilə əlaqəli olub və onun benefisiarı Telman İsmayılov kredit qaytarılacağı vaxtı özü müəyyən edib.

İddiada deyilir ki, nə götürülən kreditin faizi, nə də, borcun özü ödənməyib. Odur ki, oktyabrın birinə kimi bütün cərimələr və gecikdirilmiş faizlərlə birgə ümumi borc 286,4 milyon dollara çatıb. Nəticədə “Moskva bankında” Telman İsmayılovu “xeyli vaxt ərzində pul öhdəliklərini icra etmir” və “o, ödəmə qabilliyyətli deyil” kimi adlandırıblar. Bununla əlaqədar olaraq, bankın hüquqşünasları Telmanı məhkəməyə verib və onu müflis olmuş kimi tanımağı tələb edib.

“AST” şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman hal-hazırda da Rusiyada yaşayır və “AST” Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu “Mardan Palace” adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.

Məlumatlara görə, Telman İsmayılov Türkiyənin “Antalyaspor” klubunu satın almaq istəyir. Hazırda onun oğlu “Antalyaspor”un vitse-prezidentidir.

Son xəbərlər
Digər xəbərlər