9 C
Baku
Monday, November 18, 2024

Məhkəmə dələduzluqda təqsirləndirilən vəkilin vəsatətini təmin etməyib

Uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş və hazırda külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs vəsatət verib.

O bildirib ki, iş üzrə zərərçəkmişlərə dəymiş ziyanın ödəməyə hazırdır: “Mən dəymiş ziyanın bir hissəsini azadlıqda olarkən ödəmişəm. Həbs olunandan sonra dəymiş ziyanı ödəyə bilmədim. Əgər məhkəmə istintaqı dövründə azadlıqda olaramsa, qalan məbləği də ödəyərəm. Xahiş edirəm ki, mənim barəmdəki həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edəsiniz”.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses avqustun 1-nə təyin edilib.

Qeyd edək ki, V.Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

V.Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Sabina Katanovadır.

Ona 130 min manatdan çox zərər vurub.

Vüqar Səfərli əvvəllər Vəkillər Kollegiyasının üzvü olub. O, bir müddət əvvəl Kollegiyadan uzaqlaşdırılıb.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər