10 C
Baku
Thursday, December 12, 2024

Məhkəmə DSX-nin 342 min manatlıq tenderinin qalibi olmuş sahibkar barədə qərar qəbul edib

Məhkəmə DSX-nin 342 min manatlıq tenderinin qalibi olmuş “Zövq” MMC-nin direktoru Rza Əhmədov barədə qərar qəbul edib.

Bu barədə onun vəkili Şakir Ələsgərov məlumat verib.

Cinayət işi üzrə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrlik etdiyi məhkəmə iclasında baxılıb.

Onun işi üzrə verilmiş şikayət təmin olunmayıb.

Qeyd edək ki, R.Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, R.Əhmədov Dövlət Sərhəd Xidməti ilə 342 min manat dəyərində uçuş geyimlərinin satılmasına dair müqavilə imzalayıb. Müqavilə ilə əlaqədar məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Rövşən Məmmədli, Rəsət Miriyev və Rəsul Süleymanova 342 min manat dəyərində görülməli işləri 50 min manat vəsaitlə görməyin mümkün olduğunu bildirərək dələduzluq etməkdə təqsirli bilinib. İşin görülməsi ilə bağlı yalan vədlər verərək həmin şəxslərdən müəyyən məbləğdə pul alıb mənimsəməkdə ittiham olunub.

Təqsirləndirilən şəxsin vəkili Şakir Ələsgərov “Report”a açıqlamsında bildirib ki, Rza Əhmədovla DSX arasında 342 min manat dəyərində uçuş geyimlərinin satılmasına dair müqavilə imzalanıb. Sahibkar həmin sifarişlərin təhvil verilməsi ilə bağlı məhkəmədə zərərçəkmiş qismində tanınan şəxslərlə bağlı razılığa gəliblər. Həmin geyimlər tikilsə də, DSX yararsız olduqlarını əsas gətirərək qəbul etməyib. Məhkəmə sahibkarın evinə həbs qoyub. Lakin onlar məhkəmənin qərarı olmadan R.Əhmədovun evini satışa çıxarıblar.

Faktla bağlı sahibkara Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər