Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği aşağıdakı kimi olacaq:
| Sıra
№-si |
Məhkəmə ekspertizası | Haqqın məbləği (manatla) |
| 1. | Məhkəmə-xətşünaslıq ekspertizası | 200 |
| 2. | Məhkəmə-müəllifşünaslıq ekspertizası | 200 |
| 3. | Sənədlərin məhkəmə-texniki ekspertizası | 240 |
| 4. | Audio və videoyazıların məhkəmə ekspertizası | 300 |
| 5. | Məhkəmə-linqvistik ekspertizası | 200 |
| 6. | Məhkəmə-trasoloji ekspertizası | 200 |
| 7. | Məhkəmə-ballistik ekspertizası | 200 |
| 8. | Məhkəmə partlayış-texniki ekspertizası | 300 |
| 9. | Məhkəmə-portret ekspertizası | 240 |
| 10. | Məhkəmə-fototexniki ekspertizası | 240 |
| 11. | Materialların məhkəmə ekspertizası | 240 |
| 12. | Məhkəmə-bioloji ekspertizası | 200 |
| 13. | Məhkəmə maliyyə-mühasibat ekspertizası | 300 |
| 14. | Məhkəmə-əmtəəşünaslıq ekspertizası | 200 |
| 15. | Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası | 240 |
| 16. | Məhkəmə texniki-təhlükəsizlik ekspertizası | 200 |
| 17. | Məhkəmə tikinti-texniki ekspertizası | 300 |
| 18. | Məhkəmə yerquruluşu ekspertizası | 300 |
| 19. | Məhkəmə kompüter-texniki ekspertizası | 300 |
| 20. | Məhkəmə-sənətşünaslıq ekspertizası | 200 |
| 21. | Məhkəmə-psixoloji ekspertizası | 200 |
| 22. | Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası | 200 |
| 23. | Kontrafakt məhsulların məhkəmə ekspertizası | 200 |
| 24. | Məhkəmə-daktiloskopik eskpertizası | 200 |
| 25. | Məhkəmə-tibbi ekspertiza (meyitin müayinəsi) | 300 |
| 26. | Məhkəmə-tibbi ekspertiza (ekshumasiya ilə meyitin müayinəsi) | 500 |
| 27. | Məhkəmə-tibbi ekspertiza
(sənədlər əsasında meyitin müayinəsi) |
150 |
| 28. | Canlı şəxsin məhkəmə-tibbi ekspertizası | 300 |
| 29. | Canlı şəxsin məhkəmə-tibbi ekspertizası (tibbi sənədlər əsasında) | 135 |
| 30. | Məhkəmə tibbi-psixoloji ekspertiza | 200
(1 gün üçün) |
| 31. | Məhkəmə-psixiatrik ekspertiza | 200
(1 gün üçün) |
| 32. | Məhkəmə-tibbi bioloji ekspertiza (müayinə) | 120 |
| 33. | Məhkəmə-tibbi sitoloji ekspertiza | 80 |
| 34. | Məhkəmə molekulyar-genetik ekspertiza | 2000 |
| 35. | Məhkəmə-tibbi kimyəvi ekspertiza (müayinə) | 250 |
| 36. | Məhkəmə-tibbi histoloji ekspertiza (müayinə) | 100 |
| 37. | Məhkəmə tibbi-kriminalistik ekspertiza (müayinə) | 300 |
| 38. | Məhkəmə tibbi-rentgeneoloji ekspertiza | 100 |
| 39. | Məhkəmə tibbi-arxeoloji ekspertiza | 150 |
Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği ekspertizanın prosessual növlərinə görə aşağıdakı kimi müəyyən edilir:
- ilkin məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – cədvəllə təsdiq edilmiş məbləğin 100%-i həcmində;
- əlavə məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 50%-i həcmində;
- təkrar məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 120%-i həcmində;
- kompleks məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizalar üçün müəyyən edilmiş ilkin ekspertizaların hər birinin məbləğlərinin cəmi;
- komission məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizanın aparılmasına cəlb edilmiş hər bir ekspertə müəyyən edilmiş ilkin ekspertizanın məbləğinin 50%-i miqdarında əlavənin hesablanması.
Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (həmin şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 50 manat.
Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (digər şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 100 manat.
Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərə gigiyenik qulluq və onların formalinlə fiksasiyasına görə sanitara ödənilən haqqın məbləği – 100 manat.
Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərin quru buzla təmin edilməsinə görə sanitara ödənilən haqqın məbləği – 100 manat.





