6 C
Baku
Saturday, December 14, 2024

Məhkəmə “FlyDubai”ın Bakıdakı təmsilçi şirkətinin mühasibi barədə qərar verdi

Ali Məhkəmədə mənimsəmədə təqsirli bilinən Vahid Məcid Ehtiram oğlunun kassasiya şikayətinə baxılıb.

Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və Vahid Məcid barəsində hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, V.Məcid Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Vahid Məcid işlədiyi “Baku Trans” MMC-nin 74 min manatını mənimsəyib. Belə ki, Vahid Məcid mühasib işlədiyi şirkətdə bilet satışından gələn gəliri mənimsəyərək ələ keçirib. Daha sonra isə ölkədən qaçıb. Onun barəsində beynəlxalq axtarış elan edilib və Moskvada saxlanılaraq Azərbaycana təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

“Baku Trans” məşhur bilet satışı şirkətlərindən biri olan “FlyDubai” şirkətinin Bakıdakı təmsilçisidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər