Məhkəmə-Hüquq Şurasında (MHŞ) icra hakimiyyəti orqanları nümayəndələrinin sayı azaldılması barədə layihə III oxunuşda qəbul edilib.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.
Layihə Azərbaycan Respublikasının Prezidenti tərəfindən məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davam etdirilməsini nəzərdə tutur.
Belə ki, layihə məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının, habelə Hakimlərin Seçki Komitəsinin formalaşdırılması qaydalarının təkmilləşdirilməsi üçün hazırlanıb. Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, Şuranın hakim üzvlərinin sayının artırılması təklif edilir.