2 C
Baku
Saturday, December 14, 2024

Məhkəmə-Hüquq Şurasının sədri yalnız hakim üzvləri sırasından seçiləcək

Məhkəmə-Hüquq Şurasının sədri yalnız Şuranın hakim üzvləri sırasından seçiləcək.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər