13 C
Baku
Sunday, November 9, 2025

Məhkəmə işləri üzrə kiçik mühasib (FINCA Azerbaijan)

TƏLƏBLƏR:

  • Uyğun sahədə (maliyyə, mühasibat, riyaziyyat) ali təhsil və/və ya sertifikat,
  • Mühasibat standartlarını bilmək arzuolunandır;
  • MS Office proqramları üzrə (xüsusilə MS Excel üzrə mükəmməl) biliklər;
    • Güclü təhliletmə qabiliyyəti, hesabatvermə və ünsiyyət bacarığı;
  • İşdə dəqiqlik, detallara diqqət etmək, şəffaflığın təmin olunmasına məsuliyyət;
    • Tez mənimsəmək qabiliyyəti, özünü inkişaf etdirmək məqsədi;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, praktik ingilis dili bacarığı.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 24 yanvar 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№042/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər