13 C
Baku
Friday, November 22, 2024

Məhkəmə Mərkəzi Bankın “Mobilex” şirkətinə qarşı iddiasını təmin etmədi

“Mobilex” şirkətinə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib, məhkəməyə göndərilmişdir.

Banker.az xəbər verir ki, bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən iclasda protokolun icraatına xitam verilib. Belə ki, işin tərkibində inzibati xəta aşkar edilməyib.

 

Son xəbərlər
Digər xəbərlər