Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taleh Rəhimovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Hakim Faiq Qəniyevin sədrliyi keçirilən prosesdə T. Rəhimova hökm oxunub. O, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “S.A.B.A şirkəti” MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edib. O, şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını deyib. Daha sonra “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taleh Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, “S.A.B.A. şirkəti” MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb.
Report