15 C
Baku
Saturday, October 19, 2024

Məhkəmə “Moskva Bankı”nın Telman İsmayılovun şirkətinə qarşı iddiasına oktyabrın 6-da baxacaq

Moskva Arbitraj Məhkəməsi “Moskva Bankı”nın Azərbaycan əsilli sahibkar Telman İsmayılovun sahibi olduğu “AST” şirkətlər qrupuna daxil olan “KBF AST” MMC-dən 213 mln dolların tutulmasına dair iddiasına oktyabrın 6-da baxılmasına qərar verib.

 “RİA Novosti”yə  istinadən verilən xəbərə görə, iddia ərizəsi Arbitraj məhkəməsinə iyulun 14-də daxil olub, iddianın verilməsinin səbəbləri açıqlanmır. İşə üçüncü şəxs qismində Virgin adalarında qeydiyyatdan keçmiş ofşora məxsus “Ruslayn 2000” MMC cəlb edilib. Bu şirkətin əsas fəaliyyəti daşınmaz əmlakın idarə olunmasıdır.

Məhkəmə hazırlıq iclasında iddiaçı tələblərini təsdiqləyib, qarşı tərəf isə iddianı qəbul etməyib. Tərəflər işin məhkəmədə baxılması üçün mahiyyəti üzrə hazırlandığını etiraf ediblər.

Moskva Bankı həmçinin qarşı tərəfin əmlakına həbs qoyulması ilə bağlı ərizə ilə müraciət edib, lakin məhkəmə iddiaçının xahişini əsassız hesab edib.

APA

Son xəbərlər
Digər xəbərlər