4 C
Baku
Tuesday, December 24, 2024

Məhkəmə MTN generalı ilə bağlı qərar verib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, həbsdə olan general-mayor Elçin Quliyevin azadlığa buraxılması ilə bağlı şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Kassasiya şikayəti üzrə bu gün Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin olunmayıb.

Qeyd edək ki, E. Quliyev məhkəməyə vaxtından əvvəl, şərti olaraq azadlığa buraxılması üçün müraciət edib.

Aşağı instansiya məhkəməsi onun müracətini təmin etməyib. Kassasiya şikayəti həmin qərardan verilib.

E. Quliyevin daha əvvəl də vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi.

Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər