5 C
Baku
Monday, December 23, 2024

Məhkəmə şirkətə qarşı 20 min üzərində cəriməyə xitam verdi

Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Harmony İndustrial Construction and Engineering Group” MMC barəsində tərtib etdiyi cərimə protoklunu məhkəmə təsdiq edib.

Banker.az xəbər verir ki, Dövlət Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi inzibati xəta protokol tərtib edilmişdi.

Ötən gün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində Xalidə Əlisoyun sədrliyi ilə keçirilən işdə Dövlət Xidmətinin iddiasına xitam verilib.

Bildirilir ki, inzibati xəta tərkibi olmadığından icraata xitam verilib.

İXM-nin 192.1-ci maddəsinə görə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən və 165 010 manat nizamnamə kapitalına malik olan “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin direktoru Orucov Əlövsət Bilal oğludur. Bildirək ki, “Azərişıq” bu şirkət ilə məbləği 2 milyon 309 min 877 manat olan müqavilə imzalamışdır.

Son xəbərlər
Digər xəbərlər