3 C
Baku
Saturday, December 14, 2024

Məhkəmə Trampa “Twitter” dəki tənqidçiləri blok etməyi qadağan etdi

ABŞ-ın Apelyasiya Məhkəməsi Trampa “Twitter” dəki tənqidçiləri blok etməyi qadağan edib.

Banker.az xbər verir ki, hakimlər bu qərarı Trampın dövlət məsələlərinin həll edilməsində sosial şəbəkədən istifadə etməsi ilə əlaqələndirir.

Xatırladaq ki, daha əvvəl prezident  “Twitter” şəbəkəsində tənqidçiləri blok edib, bu isə ABŞ Konstitusiyasına ziddir.

Trampın hüquqşünasları qeyd edirlər ki, prezident bu sosial şəbəkədən yalnız şəxsi məqsədlər üçün istifadə edib və buna görə də istənilən bir istifadəçini blok edə bilər. Buna cavab olaraq hakim Berrinqton D. Parker bildirib: “Hesabın rəsmi xarakter daşıdığını sübut edən bir çox dəlil var və prezidentin bu platformanı seçərək milyonlarla istifadəçilər üçün interaktiv məkanı açıb. Tramp onun fikirləri ilə razılaşmayanları istisna edə bilməz”.

Qeyd etmək lazımdır ki, oxşar bir vəziyyət 2017-ci ildə də yaranmışdır.

Prezidentin blok etdiyi insanlar sırasında yazıçı Stiven Kinq, aktrisa Rozi Donnell və VoteVets.org komitəsinin səhifəsi var.

 

 

Son xəbərlər
Digər xəbərlər