Azərbaycanda məhkəmə və hüquq-mühafizə orqanlarının işçiləri 5 illik əmək haqları məbləğində sığorta ediləcək.
Bununla bağlı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari sığortası haqqında” qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə məhkəmə və hüquq-mühafizə orqanlarının işçiləri 5 illik əmək haqları məbləğində sığorta ediləcək.
Sığorta haqqı isə qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.