26 C
Baku
Saturday, April 20, 2024

Məhkəmələrin 61 faizi “Elektron məhkəmə” sisteminə qoşulub

“Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı prespektivləri” mövzusunda tədbir keçirilir.
 
Sabunçu Rayon Məhkəmə Kompleksində keçirilən tədbirdə Ədliyyə Nazirliyinin rəhbər şəxsləri, millət vəkilləri və digər qonaqlar iştirak edirlər. 

Ədliyə nazirinin müavini Azər Cəfərov çıxışında “Elektron məhkəmə” sistemi haqqında ətraflı məlumat verib. Bildirib ki, bu sistem məhkəmələrin 61 faizində tətbiq olunur. 

“Elektron sistem 140 milyona yaxın məlumatı özündə əhatə edir. Sistem ölkə məhkəmələrinin vahid portalıdır. Bu sistem vətəndaşların rahat müraciət etməsini təmin edir. Eyni zamanda, elekton portal prosesləri izləməkdə köməklik göstərir”. 

Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupunun rəhbəri, hakim Ramin Qurbanov isə bildirib ki, Məhkəmə-hüquq sistemində 2008-2018-ci illərdə əldə olunan əsas nəticələr və nailiyyətlərdən biri “Elektron məhkəmə” sisteminin qurulmasıdır. 

O, “Elektron məhkəmə” və “Elektron icra” sisteminin qurulmasında əsas amillər kimi aşağıdakıları qeyd edib: 

-Müasir proqram təminatının hazırlanması 
-Müvafiq qanunvericilik aktlarının mövcudluğu 
-İstifadəçilərin fəallığı və təlimlərin keçirilməsi 
-Dövlət qurumlarının elektron məlumat mübadiləsinə hazır olması və inteqrasiya 
– Ölkə üzrə vahid şəbəkə infrastrukturunun qurulması. 


Hakim əlavə ki, kağızsız əməliyyatların çoxalması eyni zamanda hakimlərin və məhkəmə işçilərinin də iş yükünü azaldıb. Onun sözlərinə görə, süni intellektin köməyi ilə bir çox yeniliklərə imza atılıb.

©Azvision.az
 
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər