Məhkəmələrlə iş şöbəsinin baş mütəxəssisi – Hüquqşünas
İş barədə məlumat:
• məhkəmələr, hüquq mühafizə orqanları, dövlət və ya özəl idarə, təşkilat, müəssisələri, hüquqi və ya fiziki şəxslər qarşısında hüquqi məsələlərə dair bankın maraqlarını təmsil etmək;
• məhkəməyə iddia ərizələrinin, apellyasiya şikayətlərinin, digər müraciət, ərizə, şikayətlərin hazırlanması, verilməsi, habelə qanunla bankın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsi;
• məhkəmələr, hüquq mühafizə orqanları, dövlət və ya özəl idarə, təşkilat, müəssisələri, hüquqi və ya fiziki şəxslərlə səlahiyyət daxilində məktub, ərizə, şikayət, müraciət və ya digər kommunikasiya vasitələri ilə əlaqə qurulması, sənəd mübadiləsinin aparılması;
• Bankın fəaliyyətində qanunçuluğun təmin edilməsi və onun qanuni maraqlarının müdafiə edilməsi üzrə Departamentin işində iştirak;
• Bankın fəaliyyətində yaranan və ya yarana biləcək hüquqi məsələlər ilə bağlı rəy və hüquqi yardım;
• daxil olan şikayət, ərizə və müraciətlərə baxılmasında digər strukturlarla birlikdə iştirak.
Namizədə tələblər:
• ali hüquqi təhsil
• hüquqi təcrübə
• analitik qabiliyyət
• idarəetmə qabiliyyəti
• səmərəli ünsiyyət qurma bacarığı
• işgüzar ünsiyyət etikası
• komandada işləmə qabiliyyəti
• tədqiqat apara bilmə bacarığı
• kompüterdə iş bacarığı
• yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti
• məsuliyyət
• qanunvericilik və beynəlxalq praktikada qəbul edilən digər bilik, təcrübə və keyfiyətlərə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 04.03.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Məhkəmələrlə iş şöbəsinin baş mütəxəssisi – hüquqşünas) göstərməyiniz xahiş olunur.