“PAŞA Bank” tərəfindən keçiriləcək “Məhsul sahibi marafonu”na qatılmaqla məhsulun hazırlanma prosesi ilə tanış ola, məhsul sahibi üçün zəruri sayılan bilik və bacarıqlara yiyələnə biləcəksiniz.
“SUP.VC” şirkətinin təşkilatçılığı ilə baş tutacaq bu marafon 10 oktyabr tarixindən etibarən 4 həftə boyunca davam edəcək.
Ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurs tələbələrini komanda şəklində marafona qatılaraq startap ideyası üzərində çalışmağa, “MVP” (minimal həyat qabiliyyətli məhsul) təqdim etməyə və qələbə uğrunda mübarizəyə qoşulmağa səsləyirik. Oktyabr ayının 5-dək qeydiyyatdan keçin və bu fürsəti dəyərləndirməyə tələsin!
Ətraflı məlumat və qeydiyyat üçün keçid edin: https://pshb.az/POmarafon