Məhsullarının İnkişafı üzrə Mütəxəssis
Vakansiya haqqında
İdarə : Marketinq
İş qrafiki : Standart
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 30.11.2017
Sizin əsas vəzifə öhdəlikləriniz
* Şirkətin kommersiya məqsədləri, sistem imkanları/potensialı və bazar tələbatına uyğun məhsul və xidmətlərin biznes tələblərinin hazırlanması
* Məhsul və xidmətlər üçün biznes əsaslandırmaların hazırlanması, təqdim edilməsi və əsaslandırmaların məqsədə çatmasına nəzarət
* Şirkətin kommersiya məqsədlərinə uyğun olaraq, məhsul və xidmətlərin ƏSG-in müəyyən edilməsi, icrasının ƏSG üzrə getməsinə nəzarət və hesabatların hazırlanması
* Məhsul və xidmətlərin istifadəyə verilməsini koordinasiya və idarə edilməsi
* Məhsul və xidmətlərin icrasının mütəmadi olaraq təkmilləşdirilməsi və müvafiq düzəliş və önləyici tədbirlərin alınması
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
* İqtisadiyyat, Maliyyə və ya Marketinq üzrə Ali təhsil (MSc və ya MBA əlavə üstünlük hesab edilir)
* Məhsul Marketinqi və ya müvafiq sahələrdə ən azı 2 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər
* Bütövlük
* Müştəri yönümlü
* Komanda işi və əməkdaşlıq
* Nəticə yönümlü
* Layihələri idarə etmə bacarığı
* Strukturlu və metodoloji düşünmə qabiliyyəti
* Davamlı təkmilləşmə
* Yüksək dəqiqlik və detallara diqqət yetirmə
* Gərgin iş rejimi və məhdud zaman çərçivəsində işləmə bacarığı
* Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti
* Yeniliklərə öyrənməyə yüksək motivasiyalı
* Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili əlavə üstünlükdür
* MS Office proqramlarını bilmək
* Qeyri-iş saatlarında işləmə imkanı
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda ‘’Məhsullarının İnkişafı üzrə Mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.