1 C
Baku
Saturday, December 14, 2024

Məhsulun prezentasiyası zamanı əsas səhvlər

Ticari prezentasiyasının uğursuzluğla bitməsinin səbəbi nə ola bilər? Bəlkə də siz bu məqalədə qeyd olunan səhvləri edirsiniz.

Artıq məlumatların çox olması

Məhsulun funksiyalarının və imkanlarının nümayiş etdirilməsi istifadəçilərə maraqlı deyil.

Daha yaxşı olar kı siz bu məhsulun onların həyatlarını necə dəyişəcəkləri haqqında danışın.

Bu gələcək alıcıları daha çox maraqlandırır. Sizin prezentasiyanızda müəyyən alıcıya yönəlmiş bir neçə açar təkliflər olmalıdır. «Dəyərin» abstrakt təsvirini sadə, müəyyən və yadda qalan nümunələrlə canlandırın.

Başqalarından fərqinizi açıqlayın

Potensial sifarişçi onsuz da çətin qərar verir. Siz bu proseduranı daha da çətinləşdirməyin. Asan sözlərlə, başqalarından fərqinizin nədən ibarət olduğunu başa salın. Sizin ehtiyyatda bir ədəd belə olsa sərfəli təklifiniz olmalıdır. Qısa olaraq sizin məhsulunuzun hansı problemləri həll edə biləcəyini başa salın.

Özünüzü müştərinin yerinə qoyun

Öz prezentasiyanızı özünüzü tərifləməyə həsr etməyin. Əgər siz yalnız özünüzü tərifləyəcəksinizsə, müştəri prezentasiyada sadəcə olaraq darıxacaq. Özünüzü alıcının yerinə qoymağa çalışın. Ona başa salın ki, sizin məhsulunuz onun biznesini, şəxsi həyatını yaxşılaşdıracaq və mənfəət əldə etməyə kömək edəcək. Diqqətinizi müştərinin ehtiyyaclarına və problemlərinə yönəltməyə çalışın.

Son xəbərlər
Digər xəbərlər