5 C
Baku
Friday, March 29, 2024

Məktəbə qəbul üçün mövcud olan elektron sistemdə gözləmə siyahısı yaradıldı

“Bu ildən etibarən məktəbə qəbul üçün mövcud olan elektron sistemdə gözləmə siyahısı yaradılıb”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

O bildirib ki, buna səbəb hər hansı səbəbə görə sorğu yerləşdirib sonradan silən boş yer üçün gözləyən digər şəxsin yerləşdirilməsinə şərait yaratmaqdır: “Misal olaraq, əgər yaşayış yerinə uyğun olaraq, valideyn yer seçib və sonradan başqa məktəbə övladını aparmaq istəyirsə, sorğunu silir. Daha sonra növbədə olan valideyn həmin boş yer üçün gözləyirsə, sorğu silinən ilk anda növbə avtomatik olaraq gözləyən şəxsə keçir”. 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər