Hazırda 896 direktor 2 050 manat orta aylıq əməkhaqqı alır.
Banker.az “Xezerxeber.az”a istinadən xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI Qurultayında deyib. Nazir bildirib ki, əməkhaqqı artımından sonra direktor olmaq istəyənlərin sayı artıb.
Müəllimlərin daimi ştatda işləməsi istiqamətində tədbirlər həyata keçirildiyini deyən nazir təhsilverənlərin güclü və bacarıqlı olması üçün sertifikasiya imtahanlarının təşkil edildiyini vurğulayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: