23 C
Baku
Tuesday, June 3, 2025

Məktəb təhsili olmayan milyarderlər

Ali təhsili olmayan milyarder çox nadir rast gəlinən hal deyil. Bill Gates, Stiv Jobs, Mark Tsugerberq – onların hamısı biznes naminə öz prestijli universitetlərini tərk etmişlər.

Bu milyarderlərlə yanaşı hətta orta məktəbi belə bitirməmiş milyarderlər var.

Lakin orta təhsillə bağlı şəhadətnamənin olmaması onların uğurlu biznesinə maneçilik törətməyib. 1 sentyabrda Forbes jurnalı orta məktəb təhsili olmayan milyarderlərin siyahısını tərtib etmişdir.

Amansio Orteqa

skolmil1

Inditex şirkətinin yaradıcısı

Sərvəti: 57 milyard dollar

Forbes milyarderləri siyahısındakı yeri: 3

Bu ispaniyalı sahibkar Forbesin dünyanın ən varlı insanları reytinqinə daxildir. 2013-cü ildə onun sərvəti 19,5 milyard dollar olduqda o planetin ən varlı insanlarının üçlüyünə daxil oldu. Zara, Massimo Dutti, Oysho kimi brendlərin keçmiş sahibi məktəbi 13 yaşında tərk edib. Onun atası dəmir yolunda işləyirdi, anası isə xidmətçi idi. Buna görə də onların ailəsinin pula böyük ehtiyacı var idi.

O 1975-ci ildə həyat yoldaşı ilə Zara brendinin ilk mağazasını açır. Bundan sonra onların gəlirləri böyük sürətlə artmağa başlayır.

Li Kaşin

shkil2

Cheung Kong Group şirkətinin rəhbəri

Sərvəti: 31 milyard dollar

Forbes milyarderləri siyahısındakı yeri: 8

Asiyanın ən varlı insanlarından biri kasıb müəllim ailəsində dünyaya gəlmişdi. Li Kaşinin 14 yaşı olanda atası vəfat edir. Bu səbəbdən də o məktəbi ataraq iş axtarmalı olur. İlk əvvəl o süni güllər istehsal edən fabrikdə işə başlayır.

Li Kaşin gündə 16 saat işləyirdi və 7 il ərzində o kiçik biznes yaratmaq üçün kifayət edən məbləği toplaya bilir. Yığdığı pullarla o plastik istehsal edən bir zavod açır. Buradan əldə etdiyi gəlirlərlə o Çin biznesmenlərinin ilk sırasına daxil olur. Li Kaşinin yaratdığı xeyriyyə fondu təhsil məqsədilə milyonlarla dollar xərcləyir. Lakin baxmayaraq ki, o özü orta məktəb təhsili olmadan belə milyarder olmağı bacarıb.

Fransua Pino

shkol3

Kering şirkətinin rəhbəri

Sərvəti: 15 milyard dollar

Forbes milyarderləri siyahısındakı yeri: 53

Bu fransalı milyarder 16 yaşında məktəbi tərk etmiş və bir daha təhsilə qayıtmamışdır.

Pinonun atası yoxsul ağac taciri idi və oğlunun diplom alması üçün son frankını da qurban verərdi. Lakin Fransua bu qurbanı dəyərləndirmədi. Birincisi, təhsil almaq onun heç xoşuna gəlmirdi; ikincisi, o uşaqların onun yoxsulluğunu ələ salmaqlarından əzab çəkirdi; üçüncüsü, heç bir məktəb onun sahibkar ruhunu tərbiyə edə bilməzdi. O öz prinsiplərinin ardınca gedərək Fransanın ən nüfuzlu insanlarından birinə çevrilir.

Riçard Brenson

shkolm4

Virgin Group şirkətinin sahibi

Sərvəti: 4,6 milyard dollar

Forbes milyarderləri siyahısındakı yeri: 272

Riçard Brensonun 16 yaşı olduqda davamiyyətsizlik səbəbindən məktəbdən qovulur. Onun pis qiymətləri tənbəlliklə deyil, disleksiya problemi ilə izah olunurdu. Məktəbdən qovularkən direktoru ona demişdi: “Əlvida Riçard. Sən ya həbsə düşəcəksən, ya da inanılmaz şəkildə varlanacaqsan”.

Bu vaxta qədər Brensonun artıq kifayət qədər təcrübəsi var idi: onun sinif yoldaşları dərs oxuyarkən, o yeni biznes ideyalar fikirləşirdi.

Co Lyuis

skolm5

Tavistock Group-un yaradıcısı

Sərvəti: 4,2 milyard dollar

Forbes milyarderləri siyahısındakı yeri: 308

Britaniyalı Co Lyuis Londonun şərqində böyüyüb. Onun atası kiçik catering firmasına sahib idi və onun oğlunun 15 yaşı tamam olduqda atası onu işə cəlb etdi. Lakin daha sonradan bütün işləri əlində cəmləyən Co ailə biznesini sataraq valyuta əməliyyatlarına və investisiyaya qoşuldu.

Hazırda Lyuis 150-dən artıq şirkətin, 135 restoranın və “Tottenham Hotspur” komandasının sahibidir. Təhsilsizlik onun incə zövqünə təsir etməyib. Onun Pablo Pikasso, Anri Matissa, Lyusen Freyd və Frensis Bekon kimi rəssamların əl işlərindən ibarət sərgisi var. Ekspertlərin hesablamalarına görə onun dəyəri milyard dollara yaxındır.

Devid Merdok

shkol6

Dole Food Company-nin rəhbəri

Sərvəti: 2,4 milyard dollar

Forbes milyarderləri siyahısındakı yeri: 613

Devid Merdok hazırda dünyaca məşhur meyvə-tərəvəz istehsal edən şirkətin rəhbəri olsa da, onun ilk işi qida ilə bağlı olmayıb. 9-cu sinifdən məktəbi tərk etdikdən sonra o yanacaq doldurma məntəqəsində işləyir. 1943-cü ildə isə o ABŞ ordusuna yazılır. Müharibədən sonra Merdok Detroitdə məskunlaşmağı qərara aldıqda onun nə evi, nə də pulu var idi.

Gələcəyin milyarderinin həyatı qarşısına çıxan xeyirxah bir insan vasitəsilə dəyişir. Merdok kiçik bir yeməkxana alır. Cəmi 10 aydan sonra onu sərfəli bir qiymətə satır və bununla da daşınmaz əmlak ticarətinə qoşulur.

Karl Lindner

shkol7

American Financial Group-un yaradıcısı, Uninted Dairy Farmers-in rəhbəri

Sərvəti: 1,7 milyard dollar

Forbes milyarderləri siyahısındakı yeri: 582

Karl Lindnerin uşaqlığı ABŞ-da dahi depressiya dövrünə təsadüf edib. Onun ailəsi kiçik süd təsərrüfatına sahib idilər və bunun sayəsində ailəni doyurmaq mümkün idi. Lakin onlara kömək lazım idi və 14 yaşlı Karl çənlərlə süd daşımaq üçün məktəbi tərk etməli olur.

1940-cı ildə ABŞ demək olar ki, iqtisadi böhrandan çıxmışdı. Lindner iki qardaşı və bacısı ilə 1200 dollar borc alaraq evdə hazırlanan dondurmaları satmaq üçün kiçik mağaza açdılar. Daha sonradan bu mağaza United Dairy Farmers-ə çevrildi. Hazırda bu şirkət bütün dünya üzrə 200-ə yaxın mağazaya sahibdir.

Ahmet Nazif Zorlu

shkol9

Zorlu holdinqinin sahibi

Sərvəti: 1,4 milyard dollar

Forbes milyarderləri siyahısındakı yeri: 1031

Bu türkiyəli sahibkar 15 yaşı olduqda məktəbi tərk etmişdi. Onun Zeki adlı qardaşı daha sərfəli və gəlirli bir işlə məşğul olmağı təklif etmişdi. Qardaşlar tekstil sayəsində varlanmağı qərara aldılar və Denizli şəhərində balaca fabrik açdılar.

Bir neçə ildən sonra onlar İstanbula gəlib çıxırlar. 1990-cı ildə isə şirkət Ahmet Nazif Zorlunun rəhbərliyi altında dünya bazarında aparıcı mövqelərə sahib oldu.

Ceyms Klark

shkol10

Netscape Communications-ın yaradıcısı

Sərvəti: 1,1 milyard dollar

Forbes milyarderləri siyahısındakı yeri: 1268

Amerikalı Ceyms Klarkın məktəblə olan münasibətinin pozulması ailəsi ilə bağlıdır. Onun valideynləri gah boşanır, gah barışırdılar. Uşaqlar isə faktiki olaraq öz bildiklərini edirdilər. Nəticədə də gənc Ceyms əvvəlcə məktəbdən bir müddətlik uzaqlaşdırılır, daha sonra isə qovulur.
Lakin digər milyarderlərdən fərqli olaraq Klark bununla barışa bilmirdi.

Dənizdə xidmət etməyə başlayan Klark ətrafındakı 25 yaşlı insanların hətta ikini ikiyə vurmağı belə bacarmadıqlarını görür. Gənc Klark gecikmədən Tuleyn universitetində xüsusi gecə kurslarına yazılır, daha sonra isə Yeni Orlean universitetinə daxil olmağı bacarır. Onun orta məktəbi bitirməsi ilə bağlı şəhadətnaməsi olmasa da, universitet bunu ona güzəştə gedir.

Son xəbərlər
Digər xəbərlər