8 C
Baku
Thursday, December 12, 2024

Məktəbdə gözətçilər neçə saat işləməlidirlər? [bloq]

Məktəbdə gözətçilər neçə saat işləməlidilər? Məktəbdə 2 gözətçinin işləməsi qanuna uyğundurmu?

Sualı qanun çərçivəsində yanaşsaq və Əmək Məcəlləsinə nəzər salsaq? görərik ki, iş saatın rejimi Əmək Məcəlləsinin 14-cü fəsilində öz əksini tapıb. Maddə 95 -102 iş  İş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları özündə cəmləşdirir.  İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

Yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir.

Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.

 Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.

 İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.

Yuxarıdakı qeydlərdən belə nəticəyə gəlmək olar ki, gözətçinin yaş həddi 18-dən yuxarı olmalıdır. Əlil şəxs gözətçi təyin olunduqda onun razılığı ilə və müvafiq icra hakimiyyətinin rəyi nəzərə alınmaqla işə cəlb edilməlidir. Əgər gözətçi işinə cəlb edilən şəxs axşam saat 18:00-da işə giribsə o halda növbəti gün 06:00-da işdən çıxırsa o halda, onun 18:00-da 22:00 aylıq vəzifə maaşının 20 faizi “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarına əsasən əlava edilir. Həmin qərara əsasən 22:00 – 06:00-a kimi işlədikdə 40 faiz əlavə əmək haqqına olunur. Misal üçü 174 manat maaş alır. 18:00-dan – 22:00-a kimi işlədiyi müddətə 174 manat aylıq maaşdan əlavə onun günlük saatlıq taarifin tapaq. Aylıq iş günü 15-dir. Nəzərə alsaq ki, iş növbəlidir yəni 1 nəfərdə gündə 12 saat işləməklə həftədə  bu halda  36 saat işləyir. 4*36=144  saat 1 aya işləyir və 174 manat tarif maaşıdır. 174/144 = 1 saata 1.21 maaş düşür. Onun 1.21* 20% =0.24 qəpik 1 saata düşür. 4 saata 0.96 qəpik. Qalan 1,21*40% = 0.48*8= 3 manat 84 qəpik. 1 günə 3.84+0.96= 4,80 qəpik saatlıq tarif maaşının yəni 1,21*12 = 14.52 manatın üstünə gəlir. Nəticədə 19,32 manat 1 günə vəsait düşür. Aylıq alacağı vəsait 19,32 *15 = 289,80 manat olacaq.

Yəni işçilərin sayı 2 olması və həftə ərzində 36 saat işləməsi tam qanuna uyğundur. Sadəcə burada əmək haqqına yuxarıda göstərilən kimi, əlavələr qanunvericiliyə uyğun olmalıdır.

İqtisadçı – ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər