Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində bayramdan sonra ilk iş günü 6 yanvar tarixidir.
Banker.az xəbər verir ki, altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə ilk dərs 2025-ci ilin 4 yanvar tarixində olacaq.