7 C
Baku
Sunday, December 15, 2024

Məlumat Bazası üzrə Mütəxəssis – Sabirabad/ Mərdəkan/ Lökbatan (Vijn Fond AzərKredit)

İŞÇININ VƏZIFƏSI:

  • AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Sistemdə müştərilər üçün İD yaradır və məlumatın dəqiq və tam şəkildə daxil edilməsini təmin etmək;
  • Kredit ödənişləri və digər əməliyyatları kodlaşdırmaq;
  • Tələb olunduqda sistemə daxil edilmiş olan məlumatlara düzəlişlər etmək;
  • Filial və şöbəyə aid olan müəyyən hesabatları hazırlamaq;
  • Müştəri fayllarını və filialın sənədlərini hazırlamaq;

TƏLƏBLƏR:

  • İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
  • Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
  • Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
  • Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formalarını (CV), hansı ki, namizədlərin bu vəzifəyə olan maraqlarını ifadə edir, dolduraraq 31 oktyabr 2014-cü il tarixinədək təqdim etsinlər. AzərKredit-in iş üçün elektron anket forması aşağıda göstərilmiş e-mail vasitəsilə də təqdim oluna bilər.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya Sabirabad ofisindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Sabirabad filialına Məlumat Bazası üzrə Mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected] 

Faks: +99412 597 30 39

 

 

 

Son xəbərlər
Digər xəbərlər