2 C
Baku
Saturday, December 14, 2024

Məlumat təhlükəsizliyi şöbəsinin Baş Mütəxəssisi – BTB Bank

İş barədə məlumat:

1. Bankın informasiya texnologiyalarının təhlükəsizliyini təşkil edir, bu sahədə beynəlxalq və dövlət standartlarına uyğun olan siyasətləri və konsepsiyaları hazırlayıb, tətbiq edir.
2. Bankın informasiya sistemlərinin və korporativ şəbəkəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadəçilərin həmin sistemlərə və şəbəkəyə buraxılış dərəcəsini müəyyən edir, müvafiq profaylları və şablonları yaradır.
3. Bankda mövcud olan informasiya sistemlərinin və korporativ şəbəkənin əsas komponentlərinin fiziki və informasiya təhlükəsizliyi tədbirlərini hazırlayıb tətbiq edir.
4. Bankda mövcud olan bütün informasiya sistemlərinin və korporativ şəbəkənin işə davamlığını, fiziki və informasiya təhlükəsizliyinin səviyyəsini mütəmadi olaraq təhlil edir, aşkar olunan problemlərin aradan qaldırılmasını təmin edir.
5. Bank sirri xarakterini daşıyan məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sistemlərinin imkanlarından istifadə edərək, Bankda aparılan məlumat mübadiləsinə nəzarəti təmin edir.
6. Bank sirri xarakterini daşıyan məlumatların konfidensial saxlanılması məqsədi ilə mövcud profaylların və parolların qorunması, eləcə də kənar şəxslərin onlardan istifadə etməsinin qarşısının alınması istiqamətində təhlükəsizlik tədbirlərini həyata keçirir.
7. Əsas və ehtiyat SWİFT-modullarının və onlara bağlı şifrlənmə sistemlərinin davamlı işini təmin edir.
8. Təcili pul köçürmə sistemləri, SWİFT, mövcud olan və perspektivli milli və beynəlxalq informasiya sistemləri üçün müvafiq elektron açarlarının, parolların, sertifikatların və s. təhlükəsizliyini və yenilənməsini təmin edir.
9. Bankda tətbiq olunan yeni proqram və aparat təminatının təhlükəsizlik standartlarına uyğun işləməsinə nəzarəti həyata keçirir.
10. Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinə riayət olunmasına nəzarəti həyata keçirir.
11. Bankın əməkdaşları tərəfindən məlumat təhlükəsizliyinin pozulmaması üçün maarifləndirici və qabaqlayıcı tədbirlər görür, müntəzəm təlimlər keçirir, onların məlumat təhlükəsizliyi üzrə məsuliyyətlərini izah edir.

Namizədə tələblər:

Təhsili: Ali;
Bildiyi dillər: Azərbaycan, Rus və İngilis dili;
Məxfi məlumatları qoruya bilmə qabiliyyəti;
Analitik qabiliyyət;
Kompüter proqramları və texnologiyalar:
MS Windows9x/200/XP/Server 2003/2008/12 Active Directory, DHCP, DNS, Terminal Server, Exchange Server 2000/2003, ISA Server2006/TMG ,SUS, WSUS, IIS, FTP, IAS, Proxy. WAN, LAN, VLAN, NAT, Firewall, VOIP, ISDN, ACL, AAA, IPSEC, VPN, X25, IP, Frame Relay, ISO 27001, 27003.

İş təcrübəsi ən azı 5 il;

Sertifikatlar;
Dəqiqlik;
Operativlik;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 Dekabr, 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Məlumat təhlükəsizliyi şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər