Məmməd Musayev yenidən Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurasının sədr müavini vəzifəsinə seçilib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev yenidən Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi (SSBK) Şurası sədrinin müavini vəzifəsinə seçilib. Məmməd Musayev sayca dördüncü dəfədir bu vəzifəyə seçilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası 2001-ci ildən etibarən SSBK-də təmsil olunur.