“İstənilən ölkə müharibəyə hazır olmalıdır”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 5-də Çexiyanın erməni icması ilə görüşündə deyib.
“Mən dövlət başçısıyam və müharibəyə hazır olduğumu deyə bilmərəm, çünki məlum olacaq ki, biz müharibəyə hazırlaşırıq. Bu isə hərbi-siyasi vəziyyətə təsir edə bilər. Mən sülhə hazıram” deyə o, bildirib.