12 C
Baku
Wednesday, December 11, 2024

Mən Henri Fordam – həyatdan bir hadisə

Bir dəfə Henri Ford artıq milyarder olduğu bir dönəmdə işləri əlaqədar olaraq İngiltərəyə gəlir. Hava limanının sorğu bürosunda o, şəhərdəki ən ucuz mehmanxananın hansı olduğu ilə maraqlanır. İşçi ona baxır – məşhur sima idi. Bütün dünya qəzetləri tez-tez Ford haqqında yazılar dərc edirdi. Budur o burada dayanıb, əynindəki plaş onun özündən də qoca görünür və ən ucuz otel haqqında soruşur. Əməkdaş qətiyyətsiz şəkildə soruşur?

— Əgər səhv etmirəmsə, Siz – cənab Henri Fordsunuz?

— Bəli,  — o cavab verir.

İşçi təəccüblənir.

— Mən həmişə xəbərləri izləyirəm və bilirəm ki, sizin oğlunuz harasa səfər edərkən ən yaxşı otellərdə qalır və həmişə gözəl geyinir. Siz isə şəhərin ən ucuz mehmanxanası ilə maraqlanırsınız və əyninizdəki plaş isə elə bil sizdən heç də cavan deyil? Doğrudanmı siz də pula qənaət edirsiniz?

Henri Ford əsəbi və qıcıq şəkildə cavab verir:

— Bahalı oteldə qalmaq mənim nəyimə gərəkdir; harada gecələməkdən asılı olmayaraq mən – Henri Fordam. İstər bu dünyanın ən ucuz oteli olsun, mən yenə də Henri Fordam, heç bir fərqi yoxdur. Mənim oğlum hələ gənc və təcrübəsizdir, o insanların nə deyəcəyindən, nə düşünəcəyindən qorxur, ona görə də ucuz otellərə getmir. Bu plaşa gəldikdə isə, bəli bu plaş mənə atamdan qalıb, amma bunun heç bir əhəmiyyəti yoxdur, axı  yeni pal-paltar nəyimə lazımdır?   Mən nə geyinsəm də, hara da olsam da həmişə Henri Fordam, qalan şeylər isə önəmli deyil.

Son xəbərlər
Digər xəbərlər