10 C
Baku
Sunday, May 19, 2024

“Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin qalib təqaüdçüləri seçilib

PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 2012-ci ildən etibarən birgə həyata keçirdiyi  “Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin cari ildəki qalib təqaüdçüləri seçilib. Cari ildə müsabiqəyə 7 oktyabr tarixindən start verilib. Elektron qeydiyyat və müsahibə olmaqla iki mərhələdən ibarət layihədə 20 tələbə-gənc xüsusilə fərqlənməyi bacarıb. Qeyd edək ki, hər bir təqaüdçü 12 ay boyunca, hər ay 145 AZN məbləğində təqaüdlə təmin ediləcək.

Layihə yerli universitetlərin istedadlı və ictimai sahədə fəal tələbələrini həvəsləndirmək, eləcə də, özəl və dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək rəhbərlərin inkişafını möhkəmləndirmək məqsədi daşıyır.

Aşağıda adları qeyd olunan tələbə-gəncləri bu uğurları münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər əldə etməyi arzu edirik:

  1. Atakişizadə Mehriban – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
  2. Bayrami Fidan – Bakı Mühəndislik Universiteti
  3. Cəfərli Fuad – Azərbaycan Dövlət Aqrar Universiteti
  4. Dadaşova Nigar – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  5. Dünyamalıyev İslam – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  6. Ələsgərov İsa – Bakı Mühəndislik Universiteti
  7. Mehtiyev Tural – “ADA” Universiteti
  8. Məhyəddinli Rəşad- Bakı Mühəndislik Universiteti
  9. Məmmədli Fərid- “ADA” Universiteti
  10. Məmmədova Ülviyyə – Bakı Mühəndislik Universiteti
  11. Mənsumlu Kürşad – Azərbaycan Dövlət İqtisad Universiteti
  12. Muxtarov Elmir – Bakı Mühəndislik Universiteti
  13. Musazadə Nurlan – Azərbaycan Dövlət İqtisad Universiteti
  14. Qaralov Əsəd – Azərbaycan Dövlət İqtisad Universiteti
  15. Quluzadə Kəmalə – Bakı Mühəndislik Universiteti
  16. Sayidov Fərhad – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  17. Səlimova Gülanə – Azərbaycan Dövlət İqtisad Universiteti
  18. Soltanova Aytən – Azərbaycan Dövlət İqtisad Universiteti
  19. Süleymanova Leyla – Bakı Mühəndislik Universiteti
  20. Ziyatxanlı Murad – Bakı Mühəndislik Universiteti
Son xəbərlər
 ⁠
Digər xəbərlər