8 C
Baku
Monday, November 18, 2024

Mənbə: Ərdoğan iyunun 3-də and içəcək

Mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 3-də keçiriləcək.

Bu barədə “TASS”a Ankaradakı mənbə bildirib.

“Prezidentin şənbə günü andiçmə mərasimi keçiriləcək və vəzifəsinin icrasına başlayacaq. Bazar günü kabinet üzvlərinin andı gözlənilir və yeni hökumət işə başlayacaq”-deyə, mənbə vurğulayıb.

Onun sözlərinə görə, əslində prezident seçkilərinin ikinci turunun bütün nəticələri tam hesablanıb, bir neçə formal prosedur qalıb, ona görə də Mərkəzi Seçki Komissiyası (YSK) ən qısa zamanda səsvermənin yekun nəticələrini açıqlayacaq.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik çərşənbə axşamı deyib ki, Ərdoğan parlamentdə and içdikdən dərhal sonra yeni Nazirlər Kabinetini elan edə bilər. Hazırkı kabinetdən yalnız bir neçə nazirin yeni hökumətdə qalacağı gözlənilir. Bunlar xarici işlər, daxili işlər və müdafiə nazirləridir.

Bu gün Ərdoğan hazırkı hökumətin son iclasını keçirəcək. Bakı vaxtı ilə saat 16:30-da başlayacaq və bir neçə saata qədər davam edəcək. Yerli media bunu idarələrə rəhbərlik edəcək yeni adların açıqlanmasından əvvəl nazirlərin vida görüşü adlandırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər