9 C
Baku
Friday, December 13, 2024

Mənbə: Azərbaycan avrobondları ötən ay 2% civarında dəyər itirib

İnvestorların ABŞ iqtisadiyyatına, onun milli valyutasına və qiymətli kağızlarına marağı artmaqda davam edir.

“Report”un analitik qrupu bildirir ki, səbəb bu ölkədə iqtisadi vəziyyətin sabit olması barədə yayılan xəbərlərdir.

Məsələn, ötən həftə ABŞ-ın işsiz vətəndaşlarının sayı açıqlanıb. Məlum olub ki, bu rəqəm analitiklərin gözlədiyindən 8 min nəfər az – 211 min nəfərdir. Ölkədə istehlak qiymətləri indeksi isə gözlənildiyi kimi 0,3% deyil, 0,2%-dir. Son nəticədə bu gün fond birjalarında “Dow Jones” indeksi 0,8%, “S&P 500” indeksi isə 0,94% artıb. VİX volatillik indeksi isə 1,8% azalıb ki, bu da investorların daha çox iqtisadi sabitlik barədə düşündüyünü göstərir.

bd019a4c 6678 498f b273 47fa079fce3a

ABŞ-dakı iqtisadi vəziyyətin investorları qane etməsi bu ölkənin dövlət istiqrazlarının gəlirliliyini ən yüksək həddə çatdırıb. Hazırda tədavül müddəti 10 il və 2 il olan qiymətli kağızların illik gəlirliliyi müvafiq olaraq 2,97% və 2,64% təşkil edir. ABŞ dollarının digər aparıcı xarici valyutalar qarşısındakı məzənnəsini əks etdirən dollar indeksinin də artdığını nəzərə alsaq, investorların daha təhlükəsiz və gəlirli ABŞ bazarına can atmalarına təəccüblənməməliyik. Məhz bu səbəbdəndir ki, bir sıra inkişaf etməkdə olan ölkələrin istiqrazları dəyər itirməkdə davam edir. Onların arasında Azərbaycan, Türkiyə və Rusiyanın avrobondları da var.

2f7bd1fa 2849 435b ae62 affb4258c26a

Məsələn, 2024-cü ilə qədər dövriyyədə olacaq Azərbaycan avrobondları ötən ay 1,46-2,87%, Türkiyə avrobondları 0,82-4,78%, Rusiya avrobondları isə 0,6% dəyər itirib. Amma bu, təkcə ABŞ amili ilə bağlı deyil. Regiondakı qeyri-sabitlik investorların inamsızlığına səbəb olur. Məsələn, qonşu Türkiyədə növbədənkənar seçkilər planlaşdırır, eyni zamanda Suriya ilə bağlı yaranmış gərgilik həm bu ölkəyə, həm də Rusiyaya təsir edir. Rusiya həm də bir sıra ölkələrlə diplomatik qalmaqal yaşamaqdadır. Azərbaycan isə iqtisadi baxımdan hər iki ölkə ilə bağlıdır. Bundan başqa, İranın nüvə proqramı ilə əlaqədar ABŞ-ın bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edəcəyi istisna deyil. Odur ki, investorlar qonşu ölkələrdəki gərginliyin Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini düşünür və avrobondlarımıza tələbat azalır. Bu isə onları ucuzlaşdırır.

Son xəbərlər
Digər xəbərlər