11 C
Baku
Monday, November 25, 2024

Mənbə: İran Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlayır

İran imperiyası çoxdan süqut etsə də, bu ölkə özünün xarici siyasətində keçmişdə istifadə etdiyi “qızıl diplomatiya”sını yürütməkdə davam edir. Banker.az xəbər verir ki, bu barədə “Caliber” hərbi-analitik layihəsinin yeni videosüjetində qeyd edilir.

“Caliber”nin videosüşteti də, İran imperiyasının tarixdə həyata keçirdiyi hərbi və diplomatik ekspansiyasına və hazırkı klerikal hökumətin siyasətinə həsr edilib.

Növbəti video təhlildə qeyd olunur ki, İran rejiminin Cənubi Qafqaz və Azərbaycana münasibətdə mövqeyi İrəvanın maraqları ilə kəsişir.

Xüsusən Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərdən sonra regionda yaranan yeni geosiyasi situasiya Tehran və İrəvanı razı salmadığından bu tandem situasiyanı öz xeyrinə dəyişmək xətti yürüdür.

“Caliber”ə məlumatlı mənbədən daxil olan informasiyaya əsasən, son günlər İran və Ermənistan arasında hərbi sahədə əməkdaşlıq daha da genişləndirilir, İrəvan öz hərbi sənaye kompleksini İranın vasitəsi ilə bərpa etməyə çalışır.

Məhz bu səbəblərdən irəli gələrək İranın hərbi və siyasi dairələrinin İrəvana səfərlərində intensivlik müşahidə edilir.

Daha ətraflı “Caliber”in süjetində:

Son xəbərlər
Digər xəbərlər