Rusiya Federasiyasının Altay Respublikasının səhiyyə naziri Sergey Kovalenko saxlanılıb.
Bu barədə TASS xəbər verir.
Regionun hüquq-mühafizə orqanlarında mənbə məlumatı təsdiqləyib.
“Bəli, Kovalenko saxlanılıb. Bununla nə ilə əlaqədar olması hazırda dəqiqləşdiriliir”, – mənbə deyib.
“Novosti Qornoqo Altaya” portalı isə bildirib ki, nazirin mobil telefonu bağlıdır. Sergey Kovalenko ilə birlikdə onun köməkçisi də saxlanılıb.
Hadisənin təfərrüatı açıqlanmır.