Mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilir.
Bunu bu gün Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.
Dövlət Vergi Xidməti rəisinin müavini deyib ki, deputatların birinci oxunuşda qaldırdığı məsələlər əsasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilib.
Layihə parlamentin plenar iclasına tövsiyə olunub.