Azərbaycan kommersiya banklarının hesabatlarına əsaslansaq, banklar 2019-cu il üzrə 156 milyon manatdan çox mənfəətdən dövlət büdcəsinə vergi ödəyiblər.
Siyahıda ən böyük və ya hətta az qala bütün banklar qədər vergi ödənişini Azərbaycan Beynəlxalq Bankı həyata keçirib. Ölkənin sistem əhəmiyyətli bankı 2019-cu il üzrə xalis mənfəətindən 72,47 milyon manatlıq dövlət büdcəsinə xalis mənfəət vergisi ödəyib. Bu bank sektorun ümumi ödədiyi verginin 46%-ni ödəməli olub. Bununla bağlı ayrı bir məqalə dərc etmişik.
İki və üçüncü pillədə “PAŞA Holdinq”in əsas səhmdarı olduğu “Kapital Bank” (37,88 milyon manat) və “PAŞA Bank” (17,49 milyon manat) vergi ödəyiblər.
Xatırlatama olaraq bildirək ki, siyahıda yer almayan digər 16 banklardan bir neçəsi xalis mənfəət əldə etsələr belə, balanslarındakı yığılmış zərərin sıfırlamadıqları üçün mənfəət vergisi ödəməyiblər.
Mənfəət vergisi – Vergi ödəyicisinin gəliri (vergidən azad edilən gəlirdən başqa) ilə gəlirdən çıxılan xərci arasındakı fərq onun mənfəətidir. Mənfəətdən ödənilən vergiyə mənfəət vergisi deyilir.