9 C
Baku
Friday, December 13, 2024

Mənim 25 yaşım olanda: milyarder Mark Kyuban gəncliyin əsas dərslərindən

Barmen, operator və satışlar üzrə menecer işləyərək Kyuban tipik direktorlara nifrət etdiyini başa düşür  və öz şəxsi biznesini qurur.

Mənim 24 yaşım olanda mən İndianadan köçdüm və öz Fiat X19 1977 avtomobilimdə yola düşdüm. Mən Dallasa gedirdim. Mənim avtomobilimin yeri deşik idi. Mən hər 60 mildən bir maşına yağ tökməli idim. Mənim kollecdən tanışlarım mənə Dallasa getməyə məsləhət görmüşdülər. Onlar orada yaxşı havanın olduğunu, orada asanlıqla iş tapmağın mümkün olduğunu və orada gözəl qadınların olduqlarını demişdilər. İlk iki tövsiyyəyə mən diqqət yetirmədim, üçüncüsünü isə yaxşı yadda saxlamışdım.

Lakin bir qədər geriyə qayıdaq. Bundan öncə mən bir neçə ay İndianada  Tronics 2000 şirkətində işləyirdim.

Daha öncə isə mən doğma şəhərim Pittsburqda yaşayırdım. Burada mən Mellon bankında çalışırdım. 1980-ci ildə isə 22 yaşında ikən İndiana Universitetini bitirmişdim. Bu anda kiçik yerli banklar bütün sənədləşməni hələ kağızlar üzərində aparırdı. Mellonda elə bir bölmə var idi ki, orada məlumatları kağızdan kompüterə köçürürdülər. Mən bununla məşğul olurdum. Mənim bir çox yaşıdlarım Mellonda iş tapdıqları üçün çox xoşbəxt idilər.

Mən isə sahibkarlıq ilə məşğul olmaq istəyirdim.

Bir dəfə mən bankın icraçı direktoruna məktub göndərdim. Mən qəzetdən holdinqlərin necə pul qənaət edə biləcəkləri haqqında məqalə tapıb onu kəsib icraçı direktora göndərdim. O, mənə geri təşəkkür məktubu göndərdi. Mən «Yeni işçilər klubu» adlı bir klub yaratdım.

Mən ora bankların rəhbərlərini dəvət edirdim. Onlar qeyri–rəsmi mühitdə mənim kimi gənc işçilər ilə ünsiyyət qururdular. Sonra mən bülleten buraxmağa başladım.

Layihələr haqqında xəbər verirdim. Öz fəaliyyətimə yumor da qatırdım və düşünürdüm ki, müdriyyət mənim fəaliyyətimi bəyənəcək.

800px-X19

Lakin günlərin bir günü müdirim məni öz otağına çağırır və danlayır. Mən özümə haqq qazandırmaq üçün Mellonun xeyrinə, bu şirkətin daha da çox gəlir əldə etməsi üçün çalışdığımı dedim.

O, isə mənə cavab verərək heç vaxt onu ötə bilməyəcəyimi dedi. Əlavə olaraq bildirdi ki, əgər mən onu ötməyə cəhd etsəm, bu şirkətdən qovulacam.

O an mən başa düşdüm ki, bu şirkətdən getmək vaxtı gəlib çatıb. Beləliklə, mən yenidən İndianaya gəldim, sonra isə Dallasa yola düşdüm.

Bu mənim həyatımda müdir ilə ilk mübahisəm deyildi. Dallasda mən beş tanışım ilə kiçik mənzildə məskunlaşdım. Mənzildə üç otaq və üç çarpayı var idi. Mən yerdə yatırdım. Mənim nə şkafım, nə də masam yox idi. Öz əşyalarımı mən sadəcə mənzilin bir küncünə yığırdım. Lakin biz yaxşı əylənirdik. Evimizdə şənliklər düzəldirdik.

Biz mənzilə görə altı nəfərə ayda $750 pul ödəyirdik. Mənzilin ödəniş vaxtını uzatmaq üçün biz aramızdan birinin adına qəbz yazırdıq. Həmin şəxs qəbzləri yığırdı, depozit açırdı və daha sonra mənzilin ödənişini edirdi. Bir gün bizimlə birgə yaşayan Dobbi adlı bir şəxs bütün qəbzləri yığır və şəhərdən qaçır. Bundan sonra biz onu bir daha görmədik.

Bizimlə birgə yaşayan digər oğlan pəncərə çərçivələri satırdı. Digər oğlan ofisiant idi. O birisi isə tikintidə işləyirdi.

Mən ilkin olaraq Elan klubunda barmen işinə düzəldim. Lakin mən ömrüm boyu barmen işləmək istəmirdim. Mən öz şəxsi işimi qurmaq istəyirdim.

Boş vaxtımda mən iş axtarırdım. Mən Your Business Software şirkətinə müsahibəyə dəvət aldım. Onlar kompüterlər və şəxsi istifadəçilər üçün proqram təminatı satırdılar. Həmin vaxt mən $99 Texas Instruments kompüterini almışdım. Mən proqram təminatçısı işləməyə və ildə $18 000 pul almağa başladım.

Mən xoşbəxt idim. Satışlarla məşğul olurdum və pul qazanırdım. Ən əhəmiyyətlisi isə, mən kompüterlərin və proqram təminatının satış mexanizmini, həmçinin müştəri bazası toplamağı öyrənirdim. Doqquz aydan sonra mən Kevin adlı bir oğlandan $15 000 sifariş aldım. Mən $1500 məbləğində komission haqqı da almalı idim. Bu mənə yeni mənzilə köçməyə və hətta çarpayı almaq imkanı verə bilərdi. Mən öz həmkarımdan mənim yerimə ofisdə işləməyi xahiş etdim. Sonra öz müdirimə, baş direktora, Maykla zəng etdim və qəbzin dalıyca getdiyimi bildirdim. Mən düşünürdüm ki, bu mənim müdirimin xoşuna gələcək. Lakin yenə də yanıldım.

mccigartrophy O, mənə qəbzin dalıyca getməyə icazə vermədi. Lakin buna baxmayaraq, mən qəbzi götürməyə getdim. Mən elə düşünürdüm ki, müdirim $15 000 məbləği qəbzi görüb sevinəcək.

Lakin mən ofisə qayıdanda qovulduğumu öyrəndim. Mənim müdirim tipik direktorlardan idi.

Bu şirkətdə işləyən zaman mən anladım ki, «hər şeyi satışlar həll edir». Bu ifadəni mən bugünkü gündə də istifadə edirəm.

Mənim direktorum mənə çox şey öyrətdi. Mən hər zaman onu yada salıram və onun etdiklərinin əksini edirəm. O, həmçinin mənə yüksək vəzifələrə qarşı nifrət yaratmışdı. Mən heç vaxt öz şirkətlərimdə baş direktor vəzifəsini tutmuram. Mənim baş direktorlarım da yoxdur. Mən prezidentəm.

Həmin şirkətdən qovulmaq mənim gələcək biznesimi təyin etdi. Həmin an mən öz əxsi biznesimi qurmaq qərarına gəldim. Mənim itirəcək heç bir şeyim yox idi. Mənim 25 yaşım var idi. Mən $15 000 məbləğində sifariş edən insanın yanına getdim və ona indi pulumun olmadığını və əgər o, sifarişini geri götürməsə, mən öz işimi görəcəm və bu mənə öz şirkətimi qurmağa yardım edəcək. Həmin şəxs razılaşır.
Mən MicroSolutions adlı şirkətin əsasını qoydum.

Mən kompüterlər üzrə məsləhətçi idim, proqram təminatı satırdım, təlimlər keçirdirdim və kompüterlər yığırdım. Mən öz şəxsi proqramlarımı yazırdım.

Mən özümü tamamilə kompüterlərə həsr etmişdim, Microsoft və Lotus-u öyrənirdim .

Üstəlik, uğurlu insanların fəaliyyətini izləyirdim.

Bir gün mən Ostinə PCs Limited adlı şirkətdən detallar almağa getmişdim. Həmin şirkətə məndən də cavan oğlan rəhbərlik edirdi. Biz onunla bir neçə saat söhbət etdik. O, mənə böyük təəssurat bağışlamışdı. Yadımda, mən ona dedim ki, biz ikimiz də uğur qazanacağıq. Həmin oğlanın adı Maykl Delldir.

Həmin il mən MicroSolutions şirkətinin yerli kompüter şəbəkələri ilə məşğul olacağı qərarına gəldim. Biz kiçik şirkətləri kompüter və şəbəkə avadanlıqları ilə təchiz edirdik. Biz TeleVideo və Novell məhsullarını təkrarın satırdıq. Beləliklə mən öz şirkətimi yaratdım.

MicroSolutions şirkətinin illik dəyəri $30 milyona qədər yüksəlir. Bir neçə ildən sonra mən bu şirkəti CompuServe satdım. Bu mənə tərəfdaşım Todd Vaqner ilə AudioNet şirkətininin əsasını qoymağa imkan yaratdı. AudioNet şirkəti daha sonra Broadcast.com-a çevrilir. Dörd ildən sonra mən onu Yahoo-ya $5 milyarda satdım. Daha sonra isə Dallas Mavericks-in növbəsi gəlir.

Az qala yadımdan çıxacaqdı. Nir neçə il bundan əvvəl mən mənzil yoldaşım Dobbidən məktub aldım. O, belə yazmışdı: «Kişi, necəsən?» Mən ona cavabda bildirdim ki, mənzil ödənişi üçün ona verdiyim $125 geri almayana qədər onunla danışmayacam. Dobbi mənə qəbzi göndərdi və mən həmin qəbzi nağdlaşdırdım.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.