5 C
Baku
Saturday, December 14, 2024

Mənsimovun Azərbaycandakı şirkətinə yeni rəhbər təyin edilib

İş adamı, Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycandakı şirkətinin rəhbəri dəyişdi.

Banker.az bu barədə şirkətə yaxın mənbədən məlumat əldə edir.

“PalSüd” süd və süd məhsulları brendinin sahibi olan PalFood Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni direktoru Firdovsi Cahangirov olacaq. Buna qədər isə şirkətin direktoru Fuad Bağırov idi.

Türkiyədə Azərbaycan əsilli milyarder Mübariz Mənsimovun gəmiçilik və logistik xidmətləri həyata keçirən “Palmali” Şirkətlər Qrupu 2005-ci ildə Lənkəran şəhərində “NURSÜD” Süd və Süd Məhsulları Zavodunun tikib, zavod 2008-ci ilin fevral ayından fəaliyyət göstərir.

palsud
Pal Süd, Lənkaran

Zavod süd və süd məhsulları istehsalı ilə yerli bazara məhsul çıxarır. Hazırda PalFood MMC-nin nizamnamə kapitalı 4 457 867 manatdır.

Son xəbərlər
Digər xəbərlər