13 C
Baku
Tuesday, November 4, 2025

Məntiq oyunu…

Məntiq imtahanı zamanı professor tələbədən soruşur:

— Təyyarənin göyərtəsində 500 kərpic var. Kərpiclərdən biri təyyarədən düşür.

Təyyarədə nə qədər kərpic qalır?

Tələbə:

— Bu ki, asandır! 499!

— Doğrudur. Növbəti sual: 3 hərəkətlə fili soyuducuya necə yerləşdirmək olar?

— 1. Soyuducunu açırıq. 2. Fili ora yerləşdiririk. 3. Soyuducunu örtürük.

— Növbəti. 4 hərəkətlə maralı soyuducuya necə yerləşdirmək olar?

— 1. Soyuducunu açırıq. 2. Fili çıxarırıq. 3. Maralı qoyuruq. 4. Soyuducunu bağlayırıq.

—  Əla! Heyvanların padşahı olan şirin ad günüdür. Bütün heyvanlar onu təbrik etməyə gəlir, lakin birindən başqa. Nəyə görə?

— Çünki maral hələ də soyuducudadır.

— Əla! — deyə professor davam edir. — Davam edək. Qoca qadın timsahlar qaynaşan gölün bir tərəfindən digər tərəfinə keçə bilərmi?

— Əlbəttə, keçə bilər! Axı bütün timsahlar şirin ad günündədir.

— Yaxşı! İndi isə sonuncu sual. Qoca qadın boş göldən keçdi, lakin yenə də öldü. Onunla nə baş verdi?

— Ola bilsin ki, boğulub?

— Xeyr, onun başına təyyarədən düşən kərpic düşür.

Son xəbərlər
Digər xəbərlər