6 C
Baku
Sunday, December 15, 2024

Mənzil alarkən ƏDV-nin bir hissəsi necə geri qaytarılacaq? – AÇIQLAMA

Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin olunması üçün portal istifadəyə verilib.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış sahəsinə aid olan əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur. Hazırda isə əmlak satışı nağdsız, yəni banklar vasitəsilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsi bonus olaraq ona geri qaytarılmış olacaq.

ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda baş verir. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.

Qeyd olunub ki, əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq. Təkrar bazardan əmlak alan zaman ƏDV ödənişi olmadıqda vəsaitin geri qaytarılması həyata keçirilməyəcək. ƏDV o zaman geri qaytarılır ki, həmin alğı-satqıda ƏDV ödənişi həyata keçirilsin.

Son xəbərlər
Digər xəbərlər