Bir çox insanlar bəlkədə həyatlarında yalnız bir dəfə mənzil alırlar. Bu səbəbdən də istəməzdik ki, mənzil alarkən hər hansı xoşa gəlməz sürprizlər ilə qarşılaşasınız.
İndi sizə hansı hallarda şübhəli gələn alışlardan çəkinməyiniz lazım olduğunu deyəcəyik.
Əgər daşınmaz əmlakın seçilməsi və alınmasında heç bir hüquqi eksperti işə cəlb etmədən özünüz qərar verirsinizsə, onda bir neçə vacib məsələyə diqqət yetirməlisiniz.
Bunlar sizə gələcəkdə yarana biləcək problemlərdən uzaq olmaqda köməklik edəcək.
Birincisi. İlk növbədə etibarnamə ilə satılan daşınmaz əmlak almayın. Bir çox hallarda evin əsl sahibinin çox məşğul, yaxud xəstəxanada, yaxud da ölkədən kənarda olduğunu deyərək alıcı ilə əlaqə yaratmır.
Etibarnamə ilə ev almaq çox təhlükəlidir, çünki ev sahibi istənilən vaxt notariusa gedərək onu ləğv edə bilər. Əgər hətta evin yeni sahibi pul ödəyərək mülkiyyət hüququ haqqında şəhadətnamə alsa da, evin əvvəlki sahibi məhkəmədə buna asanlıqla etiraz də bilər. Çünki əməliyyat etibarnamə ilə həyata keçirilib.
İkincisi. Təmirli mənzil. Mənzilə ilk baxışdan baxdıqda onun son zamanlarda təmir olunub olunmamasını müəyyən etmək çətindir. Buna görə də ev sahibindən evin son zamanlarda təmir olunduğunu sübut edən sənədləri tələb edə bilərsiniz. Bu sizin gələcəkdə problemlərdən və artıq xərclərdən uzaq olmağa kömək edəcək.
Bu tipdə problemlərlə qarşılaşmamaq üçün mənzil alarkən daha gözü açıq olmağınız məsləhətdir. Çünki mənzili artıq aldıqdan sonra çox gec ola bilər